Fransa prezidenti Emmanuel Makronu Argentinanın paytaxtı Buenos Ayresə səfəri zamanı heç kim qarşılamayıb.
Qaynarinfo xəbər verir ki, Emmanuel və xanımı Bricit Makron Böyük 20-lik ölkələrinin sammitində iştirak məqsədilə Argentinaya səfər edib. Makron ailəsi bir müddət təyyarəni tərk etməyib. Daha sonra təyyarədən düşən Emmanul Makron hava limanı işçiləri ilə salamlaşıb. Argentinanın vitse-prezidenti Qabriela Miketti qonaqlar avtomobilə minməyə hazırlaşanda özünü çatdıra bilib və gecikdiyinə görə üzr istəyib.
Gülşən