
Terror təşkilatı Camaat Nasr al-Islam Wal Muslim tərəfdarları dörd ildir Malidə girov saxlanılan İsveçrə vətəndaşını öldürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat verib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fransa hakimiyyəti bu məlumatları əsirlikdən azad edilən bir Fransa vətəndaşından alıb. İlkin məlumatlara görə, İsveçrə vətəndaşı təxminən bir ay əvvəl insan qaçırmaqla məşğul olan terrorçular tərəfindən qətlə yetirilib.
Bunun hansı şəraitdə baş verdiyi məlum deyil.
İsveçrə səlahiyyətliləri ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə girovun qətlinin təfərrüatlarını və cəsədinin yerini öyrənməyə çalışırlar. Agentlik bu tələblə Malinin keçid hökuməti ilə əlaqə qurmaq niyyətindədir.
İsveçrəli diplomatlar beynəlxalq tərəfdaşlar və Mali səlahiyyətliləri ilə birlikdə qadını azad etmək və vətəninə qaytarmaq üçün dörd il çalışsalar da, buna nail ola bilməyiblər.
Alpər