
Şərif Ağayar
Bu yaxınlarda hörmətli baş yazar Anarın özkino yaradıcılığı barədə söhbətinə qulaq müsafiri oldum. Gəlin dürüstolaq: Anar maraqlı danışmağı bacarır! Qısa və mənalı çıxışlar edir.Şəxsən mən onun bütün çıxışlarını səbrlə dinləyirəm. Amma axırda həmişəpeşiman oluram! Bu dəfə də istisna deyildi. Anar müəllim ilk filmindən -diplom işi olan “Torpaq. Dəniz. Od. Səma”dan danışırdı. Film çoxdan,azı 45 il bundan əvvəl istedadlı rejissor Şamil Mahmudbəyov tərəfindənlentə alınıb.
Anar müəllim birincirejissora “təsir edə bilmədiyi” üçün filmin uğursuzluğunu tamamilərejissorun boynuna atırsa, ikinci filmə “təsir imkanlarından” danışaraqonun uğuruna şərik olduğunu nümayiş etdirir. Olsun. Amma bir incə məqamvar; qədirbilən və dözümlü xalqımızın tanınmış yazıçısı düşünür ki,ssenarist rejissora təsir etməli, onu istədiyi istiqamətə yönəltməlidir.Halbuki bu, məsələn, Markesin ağlına gəlməyib.
Hollivudnə qədər para təklif etsə də, “Yüz ilin yalnızlığı” əsərininekranlaşdırılmasına razı olmadı. Əsəri rejissor interpretsiyasına etibaretməyən yazıçı rejissora hər hansı bir yolla təsir etməyi ağlınınucundan da keçirməzdi.
Xüsusən,dövlət sifarişi ilə çəkilən filmlərdə onun başının üstündə çoxlu kiçikAllahlar peyda olur. Rejissor onlardan qorxmağa, onlarla hesablaşmağaməcburdur. Yoxsa növbəti illərdə heç bir sifariş almayacaq.
Bəzənrejissora elə adamlar göstəriş verir ki, nəinki kinodan, heç Azərbaycandilindən və Azərbaycan düşüncəsindən anladığı bir şey yoxdur. Bu təsirvəsaitin xərclənməsindən tutmuş, ssenarinin süjetinə və aktyorlarınseçilməsinə qədər özünü göstərir.