
Səs Azərbaycan yarışmasından sonra istirahətinə vaxt ayırmayan Manana Caparidze yeni layihələr üzərində çalışır. İfaçı bu yaxınlarda yeni mahnı və klip təqdimatına hazırlaşır.
Qaynarinfo.az xəbər verir ki, Əməkdar artist İşlərinə vaxt ayırdığı kimi ailəsinə də vaxt ayırmağı yaxşı bacarır. Lakin bəzən işləri ilə bağlı olaraq evə gec gedən Manana elə buna görə yoldaşının ona anlayış göstərdiyini açıqladı:
"Artıq o mənim həyat tərzimi bilir. Çünki hər an gözlənməyən yerdən yeni bir iş çıxır və məcbur olursan ki, həmin işi reallaşdırasan. Yoldaşım anlayışlıdır, çünki özünü mənim yerimə qoya bilir. Lakin mənim üçün ailə çox önəmlidir. Çalışıram ki, işlərimi ailə məsələlərinə qarışdırmayım".
Qaynarinfo.az


