Xəbər lenti

Manat qıtlığında günahkar kimdir? - Ekspert
Ölkə06:00 11.02.2016

Manat qıtlığında günahkar kimdir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dövriyyədə manat yoxdursa, bu o deməkdir ki, iqtisadiyyat çoxlu itki verəcək".

Bu sözləri Qaynar.info-ya açıqlamasında hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov son günlər yaranmış manat qıtlığı ilə əlaqədar məsələni şərh edərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, yaranmış manat qıtlığında bankların da günahı az deyil: "Mərkəzi Bank banklara manat vermir. Halbuki qanuna görə, Mərkəzi Bank 3 faizlə manat verməlidi. Mərkəzi Bank qorxur ki, manatı verər banklara, onlar da manatı dollarla dəyişər. Nəticədə Mərkəzi Bankın ehtiyatı tükənər. Eyni zamanda bankların da günahı az deyil. Çünki bankların dollar ehtiyatı var və onlar onu Mərkəzi Banka verib manat ala bilərlər. Amma banklar bunu da etmirlər. Qorxurlar ki, yeni devalvasiya olar və ziyan edərlər. 

Nə banklar əllərindəki dolları manata çevirmir, nə də ki,  Mərkəzi Bank dövriyyəyə manat buraxmır. Faktiki hər ikisinin əməli, iqtisadiyyatımıza vurulan zərbədi. Çünki manat milli valyutamızdı, dövriyyədə olmalıdır. Dövriyyədə manat yoxdursa, bu o deməkdir ki, iqtisadiyyat çoxlu itki verəcək".

Ekspert qeyd edir ki, yaranmış manat qıtlığı, manata inamı bərpa edə bilməz: "Milli valyutamıza olan inam uzun müddət bərpa olmayacaq. Bu cür yollarla manata olan inamı bərpa edə bilməzlər. Sadəcə vətəndaşların çoxu əllərində olan manatı dollara çevirib. İndi onlar pulsuz qalıb. Məcburən indi əllərindəki dolları milli valyutaya çevirirlər. "Manat qalxacaq", "manat qıtlaşır"- bunlar sadəcə söz-söhbətdi. Bunu heç kəs gözləməsin."

Qafqaz Rafiqoğlu

Qaynar.info