Son olaraq müdafiə xəttinə Yosko Qvardiolu cəlb edən "Mançester Siti" nin yeni transferi açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, transfer pəncərəsinin son günündə "Şəhərlilər" "Vulverhempton"dan Mateus Nunesi alıb. Klubdan verilən açıqlamada, 25 yaşlı futbolçu ilə beşillik müqavilə imzalandığı qeyd edilib.
Ötən mövsüm "Vulverhempton"da 39 oyun keçirən 25 yaşlı portuqaliyalı bir qola və məhsuldar ötürməyə imza atıb. Futbolçu bu mövsüm "Vulverhempton"da cəmi iki oyunda meydana çıxıb.
O, mövsümün qalan hissəsini "Mançester Siti"də keçirəcək.
Səbuhi Həsənov