Xəbər lenti

"Mançester Siti" gözlənilən transferi açıqladı
İdman09:58 13.06.2022

"Mançester Siti" gözlənilən transferi açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti" Erlinq Halandın transferini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xeyli müddətdi gözlənilən keçid bu gün rəsmi təsdiqini tapıb.
21 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədərdir. Beş illik müqaviləyə imza atandan sonra norveçli hücumçu iyulun 1-dən etibarən kluba qoşulacaq. 
"Borussiya"dan (Dortmund) transfer olunan  Norveç millisinin üzvü Bundesliqada keçirdiyi son iki mövsümdə mövsümdə meydana çıxdığı 89 oyunda 86 qol vurub. O, Almaniya Kubokunu qazanıb. Ötən mövsüm isə Bundesliqada mösümün ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Futbolçu klubun rəsmi saytına açıqlamasında məmnunluğunu ifadə edib:
"Mən və ailəm üçün qürurverici bir gündür. Həmişə "Mançester Siti”ni izləmişəm. Xüsusən də son mövsümlərdə bunu daha tez-tez etmişəm. Onların oyun tərzinə heyran olmaya bilməzsiniz. Bu, həyəcanvericidir və çoxlu şanslar yaradırlar ki, mənim kimi oyunçu üçün mükəmməldir. Bu heyətdə çoxlu dünya səviyyəli oyunçular var. Pep bütün zamanların ən böyük məşqçilərindən biridir, ona görə də ambisiyalarımı həyata keçirmək üçün doğru yerdə olduğuma inanıram. Mən qol vurmaq, kuboklar qazanmaq və bir futbolçu kimi inkişaf etmək istəyirəm. Burada bunu edə biləcəyimə əminəm. Bu, mənim üçün əla addımdır və yeni mövsümə başlamağa səbirsizlənirəm”.
Səbuhi Həsənov