Xəbər lenti

“Mançester Siti”nin ulduzu Səudiyyə Ərəbistanı yolunda
İdman06:05 24.08.2023

“Mançester Siti”nin ulduzu Səudiyyə Ərəbistanı yolunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti"nin futbolçusu Aymerik Laport klubu tərk etdiyini açıqlayıb. 
Qaynarinfo-nun məlumatına görə, 29 yaşlı ispan müdafiəçi İngiltərə klubunda keçirdiyi beş mövsümdən sonra sosial media hesabında "Mançester Siti” və azarkeşlərlə vidalaşıb. Veteran oyunçu, " kluba ona etimad göstərdiyi üçün təşəkkürünü bildirib.
"Mançester Siti"nin heyətində 180 oyun keçirən Laport bu müddət ərzində 12 qola, dörd məhsuldar ötürməyə imza atan Laport beş Premyer Liqa çempionluğu, dörd Liqa Kuboku, iki "FA Community Shield” və Çempionlar Liqası titulunu qazanıb.
Laportun Səudiyyə Ərəbistanı klubu "Al Nassr"la razılığa gəldiyi deyilir. O, Kriştiano Ronaldonun yeni komanda yoldaşı olacaq. Laportenin "Əl Nassr"da illik 25 milyon avro qazanacağı söylənilir.
Səbuhi Həsənov