İngiltərənin futbol üzrə Barkleys Premyer Liqasının çempionu "Mançester Siti” QNET-i yeni bir klub ortağı elan etməsindən məmnundur.
Bu əməkdaşlıqda məqsəd sağlam və stilli həyat tərzi bəxş edən şirkətin klubun rəsmi birbaşa satış partnyoru olmasıdır.
Təməli 1998-ci ildə qoyulan Avropa, Afrika, Asiya və Orta Şərqdə 25 qərargahı olan QNET Asiyanın öndə gedən birbaşa satış şirkətidir.
Əməkdaşlığın bir hissəsi olaraq, QNET "Mançestr Siti”nin pulla alına bilməyən təcrübəsini oyunçularla görüşlər vasitəsilə öz Müstəqil Nümayəndələrini və sədaqətli müştərilərini yüksək nəticələr qazanmaq üçün həvəsləndirici amil kimi istifadə edə biləcək.
QNET sağlamlıq və qida, özünə qayğı, təhsil və evə qayğı kimi müxtəlif həyat səviyyəsini yüksəldən məhsullar və xidmətlər üzrə ixtisaslaşması ilə yanaşı, beynəlxalq miqyasda xeyirxah işlərində də xüsusi aktivliyi ilə seçilir.
Tərəfdaşlığa öz rəyini bildirən "Mançester Siti”nin biznes üzrə direktoru Tom Qikin fikirləri belədir: "100-dən artıq ölkədə fəaliyyət göstərən QNET-in uğuru və sürətlə inkişaf etməsi dünyanın hər yerində adi insanların şəxsi bizneslərini qurmağa və müvəffəqiyyət qazanmağa təşviq etməsindən irəli gəlir.
Hər iki tərəfi futbol vasitəsilə möhtəşəm imkanlarla təmin edən və bizim Asiya üzrə daha da genişlənməyimizə yol açan QNET-lə əməkdaşlıqdan böyük məmnunluq duyuruq”.
QNET malayziyalı iş adamı Vijay Esvaranın təsis etdiyi Qİ şirkətlər qrupuna daxil olan beynəlxalq birbaşa satış şirkətidir. Vijay Esvaranın əməkdaşlıqla bağlı fikirləri isə belədir: "Biz Mançester Siti” ilə partnyorluğumuzdan məmnunuq.
Siti də QNET kimi sıfırdan başlayıb və illər boyu çalışqanlıq və zəhmətkeşliyi sayəsində indiki zirvəyə ucalmışdır.
Sitinin cəmiyyətə futbol vasitəsilə çatdırdığı fədakarlığı bizim insanları daha yaxşı yaşamağa və digərlərinə köməyə çağıran "RYTHM” - "Bəşəriyyətə Kömək Üçün Ayağa Qalx” fəlsəfəmizi əks etdirir.
Esvaran güclü olmağın kollektiv əməyin nəticəsində də mümkün olduğunu vurğulayıb:
"Biz inanırıq ki, insanlar komanda şəklində işləyəndə daha güclü olurlar, məhz futboldakı kimi. Qalib gəlmək üçün oyunçular ağır məşqlər keçir, xüsusi strategiya hazırlanır, rəqiblərimizi güclü bilirik və davamlı olaraq bacarıq və biliklərimizi inkişaf etdiririk.
Klubla əməkdaşlığımızın davamlı olacağını gözləyirik və bu partnyorluğun Asiyada futbol standartlarının məşqlər və klinik imkanlar vasitəsilə yüksəlməsinə ümidvarıq”.
"Mançester Siti” ilə yanaşı, QNET bir çox idman sahələrində sponsorluq edib. Bunların arasında ən möhtəşəmi Formula 1-də Marussia komandası ilə partnyorluq olub.
Xatırladaq ki, 2014-cü ilin avqust ayında "Etihad” stadionunda Xesus Navas, Edin Dzeko və Stevan Jovetiçin iştirakı ilə keçirilən
mətbuat konfransında "Mançester Siti”nin Asiyanın məşhur birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET-lə 3 il müddətinə müqavilə imzalandığı bəyan edilmişdi. Bir müddət əvvəl isə yeni 3 illik müqavilə imzalandı və bununla QNET-lə klub arasındakı əməkdaşlıq 2020-ci ilə qədər davam edəcək.