"Mançester Siti" portuqaliyalı ulduz Bernardo Silva ilə müqaviləni yeniləyib.
Qaynarinfo-nun məlumatına görə, klub futbolçu ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb. Bu barədə klubdan açıqlama verilib.
İndiyə qədər Mançester komandasında 308 oyun keçirən və 55 qola imza atan Silva beş dəfə Premyer Liqa, dörd dəfə Liqa Kuboku, iki dəfə Federasiya Kuboku və bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Səbuhi Həsənov