Xəbər lenti

"Mançester Siti"nin sahibləri Ronaldinyonun sabiq klubunu da almaq istəyir
İdman10:22 08.03.2022

"Mançester Siti"nin sahibləri Ronaldinyonun sabiq klubunu da almaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti"nin sahibləri daha bir klub almaq niyyətindədirlər.
Qaynarinfo xəbər verir ki, artıq dünya üzrə 10 futbol klubuna sahib olan "City Football Group" (CFG) Braziliyanın məşhur təmsilçisi "Atletiko Mineyro"nu da portfoliolarına əlavə etmək istəyir. Ərəb milyarderlər sözügedən kluba sahib olmaq üçün 1 milyard Braziliya realı (əxminən 150 milyon funt-sterlinq) təklif edib. Ancaq "Globo Esporte"nin yazdığına görə, braziliyalılar bu məbləğin ikiqatını, yəni 2 milyard real - təxminən 300 milyon funt-sterlinq gözləyirlər. Bu üzdən CFG ilə müqavilə bağlamağa tələsmirlər.
"Xoruzlar" Braziliyanın ən böyük və məşhur klublarından sayılır. Bir neçə dəfə ölkə çempionu olmuş və Braziliya kubokunu qazanmış klub, 2013-cü ildə Cənubi Amerikanın ən böyük yarışı sayılan "Libertadores Kuboku"nu da muzeyinə aparıb. Həmin vaxt Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo da "Atletiko Minyero"nun heyətində yer alırdı. 
Hazırda baş məşqçi Antonio Mohamedin sərəncamında braziliyalı ulduz Halk, İngiltərə Premyer Liqasınnda məşhurlaşmış Eduardo Varqas və "Atletiko"nun (İspaniya) əfsanəsi Dieqo Godin də var. Digər məşhur ulduz Dieqo Kosta da ötən mövsüm Braziliya klubunun heyətində yer alıb.
Səbuhi Həsənov