Xəbər lenti

"Mançester Yunayted"dən Ronaldo açıqlaması
İdman08:08 19.11.2022

"Mançester Yunayted"dən Ronaldo açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ronaldonun xəyanətdə ittiham etdiyi "Mançester Yunayted"dən açıqlama verilib.
Qaynarinfo-nun məlumatına görə klub Qətərdə keçiriləcək dünya çempionatından sonra klubdan ayrılacağına işarə edən portuqaliyalı ulduzla bağlı lazımi addımların atıldığı bildirilib. 
Açıqlamada, "Mançester Yunayted Kriştiano Ronaldonun bu səhər verdiyi son müsahibəyə cavab olaraq lazımi addımları atdı. Proses yekunlaşana qədər əlavə şərh verməyəcəyik” - ifadələrdinə yer verilib.
Klub niderlandlı baş məşqçi Erik ten Haqın ünvanına söylədiyi sərt tənqidlərə cavab olaraq 37 yaşlı futbolçunun plakatını stadionun qarşısından çıxarıb.
"Mançester Yunayted" tərəfindən Ronaldonun komandadan qovulması və özünü xəyanətə məruz qalmış kimi hiss etməsi ilə bağlı açıqlamalarının araşdırıldığı bildirilib.
5 dəfə "Qızıl top", 2 dəfə "FIFA Best" mükafatına layiq görülən və 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olan Ronaldo, Ten Haqın rəhbərlik etdiyi komandada bu mövsüm 14 oyunun 10-da forma geyinib. O, bu qarşılaşmaların yalnız 4-də ilk "11-lik"də yer ala bilib.
Səbuhi Həsənov