Xəbər lenti

"Mançester Yunayted" futbolçusu ilə müqaviləni yenilədi
İdman07:03 02.04.2022

"Mançester Yunayted" futbolçusu ilə müqaviləni yenilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted" portuqaliyalı futbolçu Bruno Fernandeşin müqaviləsinin 2026-cı ilə qədər uzadıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni müqavilədə əlavə 1 illik uzadılma bəndinin olduğu bildirilib.
2020-ci ildə "Mançester Yunayted"ə keçən Fernandeş daha əvvəl "Novara", "Udineze", "Sampdoriya" və "Sportinq Lissabon"da çıxış edib. Portuqaliyalı futbolçu bu mövsüm ingiltərə klubunun heyətində 37 rəsmi oyunda 9 qol vurub, 14 məhsuldar ötürmə edib.
Səbuhi Həsənov