Xəbər lenti

“Mançester"dən Özilə təklif: 50 milyon avro
İdman09:18 16.08.2013

“Mançester"dən Özilə təklif: 50 milyon avro

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Mançester Yunayted” “Real”ın və Almaniya yığmasının üzvü Mesut Özilə elçi düşüb.
Fanat.az xəbər verir ki, bu barədə İspaniyanın “Punto Pelota” kanalı məlumat yayıb.
Kanalın idman proqramında şərhçi Ciro Lopez İngiltərə klubunun Özil üçün rəsmi təklif göndərdiyini iddia edib: “Mançester Yunayted” “Barselona”dan Kesk Fağreqası ala bilmədiyindən Mesut Özili hədəfə alıb. İngilis nəhəngi İsko və İllarramendinin alınması ilə yarımmüdafiənin 3 mövqeyi üçün 6 oyunçusu olan “Real”a 50 milyon avro təklif edib. “Mançester Yunayted”in baş məşqçisi David Moyes də Mesutu çox istəyir. Həm Özil, həm də “Real” bu təklifə müsbət yanaşır”.
Qaynar.info