Xəbər lenti

Mandela bu gün dəfn ediləcək
Dünya06:50 15.12.2013

Mandela bu gün dəfn ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəfn mərasimi tembu qəbiləsinin ənənəsinə görə keçiriləcək

Hadisə Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandela bu gün doğulduğu Kuna kəndində dəfn ediləcək. Ans Press-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dəfn mərasimi tembu qəbiləsinin ənənəsinə görə keçiriləcək. 

Nelson Mandelanın qohumlarının xahişilə mərasimdə foto və video çəkilişlərinə icazə verilməyəcək, ancaq yerli kanalların birinə uzaqdan dəfn mərasimini çəkməyə razılıq verilib. Çünki onların çəkdiyi kadrlarla dünya ictimaiyyəti Mandelanın dəfn mərasimini izləyə biləcəklər.

Xatırladaq ki, Nelson Mandela dekabrın 5-də Yohannesburq şəhərindəki evində 95 yaşında vəfat edib.

Qaynar.info