Xəbər lenti

Maradonanın məşhur qolu vurduğu oyundakı forması hərraca çıxarıldı
İdman07:53 20.04.2022

Maradonanın məşhur qolu vurduğu oyundakı forması hərraca çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə - Argentina matçında geyindiyi, məşhur "Tanrının əli" və "Əsrin qolu" adlı iki qola imza atdığı köynək bugündən etibarən hərraca çıxarılıacaq. 
Qaynarinfo xəbər verir ki, "Sothebys" hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4 ilə 6 milyon funt sterlinq arasında olacağının gözlənildiyini və formanın aprelin 20-dən etibarən təkliflərə açıq olacağını bildirib. 
İngiltərə və Argentina 1986-cı il Dünya Kubokunun 1/4 finalında üz-üzə gəlib. Həmin vaxt 25 yaşlı Maradona matçda 2 qola imza atmış və Argentina yığması 2:1 hesablı qələbə qazanmışdı. Həmin görüşdə Maradona ilk qolunu hakim nəzarətindən yayınaraq əli ilə qapıdan keçirmişdi. Məhz bu qola futbolsevərlər "Tanrının əli" adını verib. Qarşılaşmada əfsanəvi futbolçunun vurduğu ikinci qol isə 150 ölkədən 340 min səs toplayaraq "Əsrin qolu" kimi tanınıb. Məhz həmin vaxt Maradona bir neçə ingilis futbolçunu və qapıçı Peter Şiltonu aldadaraq fərqlənmişdi. 
"Tanrının əli” qapısına bilmədən topu Maradonaya atan ingilis yarımmüdafiəçi Stiv Hodc matçın sonunda ondan formasını istəmək qərarına gəlsə də, ilk cəhdi uğursuz alınıb. Növbəti cəhdində isə şans yaranıb və formanı dəyişdirməyə nail olub. Hodc həmin anları belə xatırladır: "Müsahibədən sonra qapının arxasına, soyunub-geyinmə otaqlarına endim. Mən aşağı düşəndə ​​Maradona iki komanda yoldaşı ilə gəzirdi. "Hər hansı bir mübadilə varmı?' anlamında gözlərinin içinə baxaraq formamı çəkişdirdim. O, birbaşa yanıma yəldi və biz formalarımızı dəyişdirdik. Bu qədər sadə idi”.
Forma 2002-ci ildən Mançesterdəki Milli Futbol Muzeyində nümayiş etdirilir.
Səbuhi Həsənov