
"Palsüd" şirkəti mart ayının ikinci həftəsindən süd məhsullarına əlavə 10% endirim kampaniyasına start versə də, bəzi magaza və marketlər bu kampaniyadan öz çıxarları üçün istifadə edir və müştərilərini məlumatlandırmır. Bu informasiyanı adı çəkilən şirkətdən də təsdiq ediblər.
“Palmali” Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytın reportyoruna bildirib: "Açığı, bu barədə bizə məlumatlar daxil olub. Vətəndaşları şirkətimizin məhsullarını alarkən endirim kampaniyasından yararlanmağa çağırırıq. Mart ayının 22 nə qədər davam edəcək kampaniya çərçıvəsində məhsullarımıza 10% endirim davam edir. Daimi müştərilərimiz Əliəşrəf Əlizadə, 29 ünvanındakı firma magazamıza da müraciət edə bilər".(Aztoday.az)
Qaynar.info