Xəbər lenti

Marketoloqların 4-cü Forumu keçiriləcək
Ekonomiks13:13 25.05.2016

Marketoloqların 4-cü Forumu keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

27-28 May tarixlərində Cinema Plus (28Mall) kinoteatrının 5-ci böyük zalında IV Milli Marketinq Forumu keçiriləcək. 

Forumda 6 panel üzrə 31 nəfər spiker öz təcrübəsini iştirakçılarla paylaşacaqdır. Əvvəlki illərdən fərqli olaraq, bu il zamanın tələbinə uyğun olaraq panellərdə dəyişiklik edilib. Forumda toplam 300 nəfər marketinq mütəxəssisinin iştirakı planlaşdırılır.

Panellər: Böhran dövründə marketinq strategiyası, Marketinq Kommunikasiyası, Bloqçuluq və rəy liderliyi, Milli Keyslər, Rəqəmsal marketinq, Şəxsi brendinq

MMF2016 çəkiliş tərəfdaşı KONSİS şirkətinin dəstəyi ilə spikerlər onlayn olaraq danışacaqları mövzu haqqında fikirlərini iştirakçılarla paylaşıb. Fikirləri dinləmək, mövzunu öyrənmək üçün https://www.youtube.com/channel/UC0-kGCN2lyt82wgAEmjBKmQ -  KONSİS youtube kanalına daxil ola bilərsiniz.

Qeyd edək ki, bu il forum günü yerli təcrübə üzərinə yazılmış “Böhrandan yeni dövrana” və “Rəqəmsal marketinq – bələdçi” kitablarının  təqdimatı olacaq.

Biletləri www.millimarketinforumu.com saytından, facebook.com/millimarketinqforumu səhifəsindən və ya +994557939779 nömrəsi ilə əlaqə saxlayaraq ala bilərsiniz. Çatdırılma pulsuzdur.

Bütün marketinq sahəsi ilə maraqlanan şəxsləri 27-28 May böyük görüşə dəvət edirik! Gəlin, Böhrandan yeni dövrana çıxış yollarını birlikdə müzakirə edək.

Qaynarinfo.az