Xəbər lenti

Marneulidə seçki məntəqəsində kütləvi dava - FOTOLAR
Dünya16:08 08.10.2016

Marneulidə seçki məntəqəsində kütləvi dava - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki  48 nömrəli seçki məntəqəsində "Paata Burçuladze - insanlar üçün dövlət" hərəkatı və “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.
Məlumata görə, "Paata Burçuladze - Xalq üçün dövlət" hərəkatının tərəfdarları olduğu bildirilən 100-dək dəyənəklərlə silahlanmış şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib.  Hücum edənlərlə  “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib.  Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.
Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.  
Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.
Polis hazırda vəziyyəti nəzarətə götürüb. 
Qaynarinfo.Az