Xəbər lenti

Marşrut sürücüləri işləməkdən imtina etdi - Bakıda
Ölkə20:39 03.02.2015

Marşrut sürücüləri işləməkdən imtina etdi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının 96 saylı marşrut sürücüləri işləməkdən imtina ediblər. Axar.az-ın xəbərinə görə, gündəlik planın artırılmasına etiraz olaraq günortaya qədər bu xətdə hərəkət dayandırılıb. 
Sürücülər planın 10 manat qaldırılmasına narazılıq ediblər. Bu xətt üzrə avtobuslar Füzuli meydanınan Avtovağzala qədər hərəkət edir. Sürücülər planın aşağı salınmasını tələb ediblər. Onlara problemin həlli vəd olunub. 
Bundan əvvəl də 96 saylı marşrutun sürücüləri hərəkət istiqamətlərinin birtərəfli dəyişməsinə etiraz əlaməti olaraq işə çıxmamışdılar. 
Qaynar.info