Xəbər lenti

Martın 2-dək qar yağacaq
Ölkə 15:56 27.02.2025

Martın 2-dək qar yağacaq

Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Qeyd olunub ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->