Xəbər lenti

Masallıda dəhşətli yol qəzası: 3 ölü, 3 yaralı
Ölkə09:42 12.05.2014

Masallıda dəhşətli yol qəzası: 3 ölü, 3 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən  hissəsində qeydə alınıb. 

“VAZ-21099”   və “Lexus” markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir.

Qaynar.info