Xəbər lenti

Masallıda evə basqın edildi: 2 nəfər xəstəxanalıq oldu
Ölkə16:47 25.01.2015

Masallıda evə basqın edildi: 2 nəfər xəstəxanalıq oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallıda maskalı şəxslər gecə saatlarında evə basqın ediblər. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yanvarın 23-ündən 24-ünə keçən gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində Məmmədovlar ailəsinə edilən basqın zamanı ev sahiblərindən pul tələb ediblər. 
Hadisə zamanı maskalı şəxslər 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Evdə olan 3 uşaq isə qorxub.
İlqar Məmmmədovun qardaşı Allahbaxış Məmmədov bildirib ki, basqın edən maskalı şəxslər evdən qızıl, mobil telefonlar və qiymətli əşyalar aparıblar. 
Basqın edən şəxlərin 3 nəfər olduğunu deyən Allahbaxış Məmmədov qardaşı və həyat yoldaşının ağır vəziyyətdə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığını bildirib. Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilmiş xəstələrin vəziyyəti ağırdır. 
Basqın faktı ilə bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Masallı rayon Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov xəstələrin vəziyyətinin yaxşı olduğunu deyib.
Qaynar.info