Masallıda yanğın hadisəsi baş verib.
Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qanarinfo.az