
Gecə saatlarında rayonun üzərində görünən naməlum obyekt hamını heyrətə salıb
Bu gecə saat 22:14 radələrində Masallı rayonunun üzərində uçan naməlum obyekt görünüb. JAM.AZ-ın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, qısa müddət ərzində UNO-nun işığı sürətlə çoxalmağa başlayıb. 5-6 dəqiqə davam edən manevrlərdən sonra isə yenə də sürətli şəkildə yoxa çıxıb.
Sakinlərin dediyinə görə, ilk olaraq həmin obyektin təyyarə zənn etsələr də, UNO-nun saçdığı işığın fərqli olması və sürətli hərəkəti gümanlarını boşa çıxarıb. Bütün rayonda görünən naməlum obyektin insanlarda şok effekt yaratdığı deyilir.
Qaynar.info



