
Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrliyində qeydə alınıb. 1977-ci il təvəllüdlü Quba rayon sakini Mirzəyev Təyyar Telman oğlunun idarə etdiyi 10 XN 150 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarındakı dəmir sürahiyə çırpılaraq aşıb. Nəticədə sürücü T. Mirzəyev xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.