Xəbər lenti

Maşın kanala aşdı -  Keçmiş baş həkim öldü (FOTO)
Ölkə09:30 10.01.2026

Maşın kanala aşdı - Keçmiş baş həkim öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi "Toyota" markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.