Xəbər lenti

Mask Zelenskiyə
Dünya 12:51 04.03.2025

Mask Zelenskiyə "neytral ölkədə amnistiya" təklif etdi

Amerikalı milyarder, ABŞ prezidenti Donald Trampa yaxın olan İlon Mask bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə "Ukraynada demokratiyanın bərpası" müqabilində "neytral bir ölkədə amnistiya" təklif edilməlidir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsindəki paylaşımında yazıb.

Mask, Trampın tərəfdarlarından birinin paylaşımını öz səhifəsində yenidən yayımlayıb. Həmin paylaşımda Zelenski "diktator" adlandırılıb və onun guya sülh danışıqlarına getmək istəmədiyi, çünki seçkiləri uduzmaq və hakimiyyəti itirməkdən qorxduğu iddia edilib. Bundan əlavə, bu prosesin guya "pulların yuyulması" ittihamı ilə onun təqib olunmasına gətirib çıxaracağı irəli sürülüb.  

Mask həmin paylaşımı şərh edərək yazıb:  

"Bu doğrudur. Nə qədər xoşagəlməz olsa da, Zelenskiyə neytral bir ölkədə hansısa amnistiya təklif edilməlidir ki, Ukraynada sülh yolu ilə demokratiya bərpa olunsun".  

3 mart axşamı (ABŞ vaxtı ilə günorta) Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti əgər sülh sazişi imzalamaqdan imtina edərsə, "çox uzun müddət tab gətirə bilməyəcək".  

Bundan sonra məlum olub ki, Tramp Ukraynaya bütün hərbi yardımı dayandırıb.  

Son həftələr ərzində Tramp bir neçə dəfə Zelenskini "diktator" adlandırıb və bildirib ki, əgər Ukrayna bir ölkə kimi yaşamaq istəyirsə, o, sürətli qərarlar verməlidir.  

Lakin Zelenskinin ABŞ-a səfərindən bir gün əvvəl Tramp qəfil mövqeyini dəyişərək, "Onu diktator adlandırdığıma inana bilmirəm", – deyə bəyan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->