"Əhalinin maskadan istifadə qaydalarında xeyli qüsurlar var”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, maska taxmaq şərt deyil, əsas onunla düzgün rəftar eləməkdir:
"Yəni, maska taxılır, amma burun açıq, hər dəqiqədən bir aşağı-yuxarı aparılır, əl müxtəlif yerlərə dəyir və s. Maskanın müxtəlif təyinatları var. Yuyulan, cərrahi və s. maska. Bəziləri cərrahi maskalar alır, gah cüblərinə qoyurlar, gah da ağızlarına. Buna da çox adam göz yumur. Bütün bunların yolu maariflənmədən keçir. İnsanlara başa salmaq lazımdır hansı maskadan və necə istifadə edilməlidir və s.”.
Adil Qeybulla bildirib ki, ən qoruyucu, müdafiə paltarının da istifadə vaxtı var:
"Paltar müyyən müddətdən sonra yolxucu ola bilər. Söhbət viruslu xəstələrin yanında geyilən paltardan gedir. Elə bir vasitə yoxdur ki, o, insanı qorusun. Bu baxımdan da maskalarla rəftarda cox ciddi problem var və bu, satış faktına da təsir edir”.
Bahar Rüstəmli