Xəbər lenti

Masonların ustadı deputatlığa namizədliyini verdi
Dünya06:35 17.07.2014

Masonların ustadı deputatlığa namizədliyini verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Böyük mason lojasının ustadı, Rusiya Demokrat partiyası mərkəzi komitəsinin sədri Andrey Boqdanov Altay respublikası Dövlət Məclisinə deputatlığa namizədliyini verəcək.

Anspress-in məlumatına görə, Andrey Boqdanov Sosial Ədalət Kommunist partiyasından namizədliyini irəli sürəcək.

Altay parlamentinə seçkilər sentyabrın 14-də keçiriləcək. Elə həmin gün Altay respublikasının başçısı seçiləcək.

Qeyd edək ki, Andrey Boqdanov 2007-ci ildən Rusiya Böyük mason lojasının ustadıdır. O, 2008-ci ildə Rusiyada keçirilən prezident seçkilərində də namizədliyini irəli sürmüşdü.

Qaynar.info