Xəbər lenti

Maştağada polis məscidi mühasirəyə aldı
Ölkə09:42 05.04.2013

Maştağada polis məscidi mühasirəyə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Maştağa qəsəbəsindəki “Həzrəti Əbülfəz ağa” məscidi hazırda mülki geyimli və polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Məsciddə 1000 nəfərə yaxın insan hazırda cümə namazındadır. Dindarların Moderator.az-a verdiyi xəbərə görə, hökumət qüvvələri məscidə girib, insanları içəridən çıxarmağa hazırlaşır. Dindarlar isə bu tələbi rədd edir.
Qeyd edək ki,  Hacı Tale Bağırzadənin həbsi adıçəkilən məscidə gələn və ölkənin bir sıra regionlarında olan dindarlar arasında narazılıqla qarşılanıb.

Qaynar.info