Bu ilin may ayında Almaniyanın Rusiyaya ixracı keçən ilin eyni ayı ilə müqayisədə 50 faiz azalıb.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Almaniyanın statistika idarəsinin məlumatında
deyilir.
Azalmanın əsas səbəbi kimi müharibə və biznesləri əlaqələrini kəsməyə vadar edən sanksiyalar göstərilir.
50 faizlik azalma nəticəsində ümumi ixrac 1,1 milyard avro təşkil edib. Apreldə illik azalmanın 64,1 faiz olduğu vaxtda isə bu rəqəm 0,8 milyard avro idi.
May ayında Rusiya Almaniyanın AB-dən kənarda ixracı üçün ən vacib istiqamətlər arasında 10-cu yeri tutub. Bu ilin fevralında isə Rusiya beşinci idi.
Əvəzində may ayında Almaniyanın AB xaricində ən böyük ticarət tərəfdaşı 13,6 milyard avro ixrac ilə ABŞ olub.
Nurlan