Xəbər lenti

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan
Dünya 21:02 14.03.2025

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan

May ayı avropalı şəhərlərin küçələrinin yayda tələbələr və ailələrlə dolub-daşmasından əvvəl səyahət etmək üçün son fürsətlərdən biridir.

Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük səyahət platforması olan "Lonely Planet" 2025-ci ilin may ayında səyahət üçün ən yaxşı istiqamətlərin siyahısını hazırlayıb. Bu istiqamətlərdən üçü Avropada yerləşir.

1. Saloniki, Yunanıstan - Avropanın ən yaxşı şəhər istirahət məkanı

Eramızdan əvvəl 315-ci ildə əsası qoyulmuş bu qədim şəhərdə may ayında küçələr canlanır. Yerli sakinlər, o cümlədən çoxsaylı tələbələr, Navarino meydanında toplaşaraq güclü qəhvə və tsipuro (üzüm brendisi) içir, habelə yay mövsümündən əvvəl yenidən açılan damüstü barları doldururlar.

May ayında orta temperatur 24°C civarında olduğu üçün çimərliyə getmək üçün də əlverişli vaxtdır. Mavi bayraqla təltif edilmiş Epanomi çimərliyi şəhərin 25 km cənubunda yerləşir, məşhur Xalkidiki yarımadasının firuzəyi suları isə avtobusla 2-3 saatlıq məsafədədir.

2. Norveç - Su kruizləri üçün ən yaxşı istiqamət

Hurtigruten bərələri ilboyu Norveçin qərb sahillərində 2400 km-lik marşrut üzrə Bergen şəhərindən Kirkinesə qədər hərəkət edir. Onlar sərt təbiətli və fiyordlarla parçalanmış bu sahil xəttində yaşayan insanlar üçün əsas nəqliyyat vasitəsidir.

Lakin səyahət üçün ən yaxşı vaxt may-iyun aylarıdır. Bu dövrdə hava daha mülayim olur və günlər xeyli uzanır. Mayın ortalarına doğru Tromso şəhərində günəş ümumiyyətlə batmır, bu da turistlərə möhtəşəm mənzərələri bütün gecə izləmək imkanı yaradır.

Uzun gündüz saatları və yaxşı hava, həmçinin sahildə daha çox vaxt keçirməyə şərait yaradır. Lofoten adalarında balıqçılıq, Nordkapda saamilər ilə tanışlıq və ya Qeyranger fiyordu ətrafında yürüşlər bu marşrut boyunca mümkün olan fəaliyyətlərdəndir.

Bundan əlavə, may ayında Bergen şəhərində festivallar mövsümü başlayır ki, bu da səyahət üçün əlavə bir səbəbdir.

3. Mursiya, İspaniya - Dadlı yeməklər üçün ən yaxşı məkan

İspaniyanın Kosta-Kalida sahili hər zaman ziyarətə dəyər. Lakin orta temperaturu 25°C olan günəşli may ayı yay izdihamı gəlməzdən əvvəl bu bölgənin dadını çıxarmaq üçün ideal vaxtdır.

Mursiya ətrafındakı təpələr, üzüm bağları, zeytun ağacları, məhsuldar bağlar və zəngin dənizlər buranı yüksək keyfiyyətli ət, meyvə-tərəvəz və dəniz məhsulları ilə məşhur edib.

Burada bir həftə qalmaq, Mursiya və Kartaxena şəhərlərini gəzib kəşf etmək, Sierra Espuña təbii parkında piyada və velosiped turları təşkil etmək və Kosta-Kalida çimərliklərində dincəlmək üçün kifayət qədər səbəb var.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->