Xəbər lenti

Mbappe onu nəyin dəyişdirdiyini açıqladı
İdman10:44 27.11.2023

Mbappe onu nəyin dəyişdirdiyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən dəyərli futbolçusu kimi xarakterizə edilən Kilian Mbappe, kapitan sarğısının onu dəyişdirdiyini deyib. 
Qaynarinfo-nun məlumatına görə, mövsümün sonunda PSJ ilə müqaviləsi bitəcək və gələn ildən hansı klubun formasını geyinəcəyi hələ də bəlli olmayan hücumçu maraqlı açıqlamalar  verib.
Fransa millisinin yeni kapitanı "Telefoot"a açıqlamasında kapitanlıq sarğısının fərqli məsuliyyətlər gətirdiyini və bu vəziyyətin onu daha yetkin bir insana çevirdiyini bildirib.
O açıqlamasında, "Kapitan sarğısı sizi dəyişilməyə məcbur edir. Dəyişməsən, kapitanlıq üçün doğru insan deyilsən. Kapitan olmayanda oyunuma daha çox fərdi yanaşırdım amma indi məqsəd kollektivi bir araya gətirməkdir. Bu mənim üçün yeni prosesdir. 300 qol vurdum, amma bunu daha çox etmək istəyirəm. Bu rəqəmlər yalnız simvolikdir. Məqsədim həmişə daha çox qol vurmaqdır” - ifadələrini işlədib.
"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger bir neçə il əvvəl verdiyi açıqlamada Mbappeni "Yeni Pele" kimi təsvir etmişdi. Mbappenin illər öncəki potensialını vurğulayan mütəxəssis, "O vaxt insanlar mənə dəli kimi baxırdılar, amma yəqin ki, haqlı idim. Onun böyük potensialı var. Mbappe bu gün dünyanın ən yaxşı oyunçusudur" - deyib.
Səbuhi Həsənov