Xəbər lenti

Mbappenin anası oğlunun gəlirinin 50%-ni tələb edib
İdman 19:07 12.01.2024

Mbappenin anası oğlunun gəlirinin 50%-ni tələb edib

Fransa yığması və PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari oğlunun ona nə qədər maaş verdiyini açıqlayıb.

Qaynarinfo bu barədə "Le Parisien” nəşrinə istinadən xəbər verir.

Fayzanın dediyinə görə, o, oğlunun gəlirinin bərabər şəkildə bölüşdürülməsini istəyib, lakin onlar 30 faizlə razılaşıblar. 

"Mən ona bölgünün 50/50 olacağını bildirdim, lakin biz 30%-lə razılaşdıq. Mən ona dedim ki, 30%-dən aşağı işləməyəcəyəm. Təqaüdə çıxmaq və başqalarının etdiyini - işləmək əvəzinə Maldiv adalarına tətilə getmək daha yaxşıdır", deyə Mbappenin anası bildirib. 

Qeyd edək ki, Kilianın anası yeniyetmələrə kömək edən "Inspired by Kylian Mbappé” fondunu idarə edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->