Xəbər lenti

İdman 11:07 26.12.2023

Mbappenin "Real Madrid"ə transferində son durum

"Real Madrid" PSJ-nin fransız hücumçusu Kilian Mbappenin transferi üçün sənədləşmə işlərinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ispan jurnalist Ramon Alvares de Mont məlumat yayıb.

O qeyd edib ki, "Los Blancos" yanvarın ilk həftəsində futbolçu ilə əlaqə yaratmaq niyyətindədir. Madrid klubunun prezidenti Florentino Peresin Mbappeyə şəxsən zəng edərək, onun transferini müzakirə edəcəyi də gözlənilir.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Oktyabrın sonunda Mbappe "Qızıl top" üçün səsvermədə "İnter Mayami"dən Lionel Messi və "Mançester Siti"dən Erlinq Haaladdan sonra üçüncü olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->