Türkiyədə 18 nəfərin itkin düşməsi ilə nəticələnən mədən qəzasına görə 7 nəfər saxlanılıb. ANS PRESS-in məlumatına görə, Ermenek mahalında kömür mədəninin su basması səbəbindən bir nəfər də axtarışa verilib.
Qeyd edək ki, kömür mədənindən 2 nəfərin cəsədi tapılıb, 16 işçi isə itkin hesab olunur. Ermenek prokurorluğu tərəfindən başlanan istintaq mədəndəki qəzada mühəndislər və mədənin rəhbərini günahkar bilir.
İstintaqda saxlanılan şəxslərin ifadələri alınır.
Qaynar.info