Xəbər lenti

Mədəniyyət Evi yandı - Lerikdə
Ölkə07:29 07.06.2015

Mədəniyyət Evi yandı - Lerikdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda Mədəniyyət Evində yanğın baş verib. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lerik rayonu, Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan Mədəniyyət Evi yanıb.
Ümumi sahəsi 60 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri açıqlanmır.
Qaynar.info