Xəbər lenti

Mədəniyyət və Turizm Baş İdarəsində yeni təyinatlar
Ölkə11:19 14.09.2016

Mədəniyyət və Turizm Baş İdarəsində yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına mədəniyyət mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar. 

Bu barədə İdarədən Qaynarinfo.Az-a verilən məlumatda deyilir.

Həmçinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir. 

Qaynarinfo.Az