Xəbər lenti

Mədəniyyət xadimlərinə dəstək fondu nə vaxt yaradılacaq?
Sənət10:02 13.04.2022

Mədəniyyət xadimlərinə dəstək fondu nə vaxt yaradılacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mədəniyyət Nazirliyi mədəniyyət xadimlərinə dəstək üçün fondun nə zaman yaradılacağına aydınlıq gətirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olara bildirilib ki, nazirlik yaninda, tabeliyində yeni müəssisələrin formalaşdırılması məsələsi və yaxud hansısa müəssisənin ləğv edilməsi kompleks islahatlar çərçivəsində həyata keçirilir.
Qeyd olunub ki, mədəniyyət xadimlərinə dəstək üçün fondun təsis olunması da kompleks islahatlar məsələsinə aiddir.
"Bu uzun müddətli bir hədəfdir. Konkret müddət təyin olunmur. Ümumi islahatlar çərçivəsində bu məsələyə baxılır",- qurumdan vurğulanıb.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov bildirmişdi ki, mədəniyyət və incəsənət xadimlərinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün fond yaradılacaq.