Xəbər lenti

Mədəsindən çəngəl çıxdı - FOTO
Dünya11:24 21.06.2016

Mədəsindən çəngəl çıxdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməliyyat olunan şəxsin qarnından 15 santimetrlik çəngəl çıxıb.

Qaynarinfo.az atv.az-a istinadən bildirir ki, qəribə hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. Deyilənlərə görə, 20 yaşlı şəhər sakini qəribə vərdişinin əsiridir. O, acdığı vaxt mismar, qəpik kimi əşyaları mədəsinə ötürür.

Bu dəfə udduğu çəngəl isə yemək borusunda qaldığından şiddətli ağrılara səbəb olub və o, mədə ağrısı ilə xəstəxanaya aparılaraq əməliyyat olunub. Hazırda özünü yaxşı hiss edən 20 yaşlı gənc təhlükəli olduğunu bilsə də, vərdişindən heç cür əl çəkə bilmədiyini dilə gətirib. Həkimlər ona psixoloji müalicə tövsiyə ediblər.

Qaynarinfo.az