Xəbər lenti

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə (VİDEO)
Ölkə07:23 18.07.2017

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi (DTX), milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

"Qaynarinfo" baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, – deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

Qaynarinfo.Az