Xəbər lenti

Medvedçuk Zelenskini beşinci kolon adlandırdı
Dünya10:51 08.02.2023

Medvedçuk Zelenskini beşinci kolon adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Ali Radasının keçmiş deputatı, qadağan edilmiş "Müxalifət platforması - həyat naminə” partiyasının rəhbəri, Ukraynada "vətənə xəyanət”də ittiham olunan Viktor Medvedçuk "RİA Novosti”yə məqalə yazıb. Orada o, Ukraynadakı münaqişənin səbəblərindən, Aİ və ABŞ-ın orada iştirakından, Volodimir Zelenskidən danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazıb.
Viktor Medvedçuk Ukrayna prezidenti Volodimir Zelenskini "müharibənin media müşayiəti”,  "gurultulu alqış və gözəl pozaya görə ölkəsinin qanunçuluğunu və sabitliyini bıçağın altına qoyan” insan adlandırıb. Medvedçukun sözlərinə görə, o, Ukrayna və Aİ-nin məhv edilməsi üçün yaradılmış "beşinci kolon”dur.
Keçmiş deputat deyib ki, Zelenski "Sülh prezidenti” kimi "Müharibə prezidenti” Pyotr Poroşenkonu vəzifəsindən uzaqlaşdıra bilib, lakin Minsk razılaşmalarını yerinə yetirməməklə ümidləri doğrultmayıb.
"Sonra Zelenski öz mövqeyindən çəkilərək beynəlxalq diplomatiyanın çox illik səylərini pozdu. Zelenski nəinki öz seçicilərini aldatdı, həm də avropalı diplomatların səylərini puça çıxardı”, - Medvedçuk yazıb.
Viktor Medvedçuk Rusiya prezidenti Vladimir Putini uşağının "xaç atası” adlandırıb. Ukraynada onu vətənə xəyanətə görə 15 ilə qədər həbs cəzası gözləyir. Sentyabrın 22-də o, "Azov” komandirlərinin qarşılığında Rusiyaya təhvil verilib. 
Nizami Bağırov