Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/0RiVWcjxidA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">