
Misirdə çevrilişdən sonra hakimiyyətdən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin oğlu Abdullah cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.
Musavat.com-un məlumatına görə, Abdullah Mursinin maşınından narkotik tapıldığı iddia edilmiş və o bir il həbs cəzası almışdı. Abdullahın həbsdən buraxıldığı xəbərini böyük qardaşı Usame Mursi sosial şəbəkədə bəyan edib.
Usame Mursi yazıb: “Abdullah Mursi artıq azad edildi. Həbs bitdi. Geriyə savablar qaldı”.
Qaynar.info