Dünya 18:57 24.05.2023

Məhkəmə 10 manatlıq qıfılla bağlı qərar verdi

Məhkəmə Qusar rayonu Hil kəndində dəyəri 10 manat olan qıfıl sındıran şəxslə bağlı qərar verilib. 

Qaynarinfo-nun məlumatına görə, Zamir (şərti) Hil kəndində yerləşən zərərçəkmiş şəxs Adilə (şərti) məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, birinci mərtəbədə ümumi dəyəri 10 AZN olan 2 ədəd qıfılı qırıb. 

Polis Zamir barəsində protokol tərtib edərək, işi məhkəməyə göndərib. 

Məhkəmə iclasında zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək, həqiqətən də Zamir tərəfindən onun evində 2 qıfılın sındırıldığını bildirib. O, Zamirdən 10 manat pulu tələb etdiyini, onunla barışmadığını bildirib.

Məhkəmənin qərarı ilə Zamir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə - yəni 10 manat məbləğdə cərimə edilib.

Əhməd