Xəbər lenti

Məhkəmə AST Telmanla bağlı qərarını verdi
Dünya06:20 27.08.2015

Məhkəmə AST Telmanla bağlı qərarını verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva məhkəməsi Telman İsmayılovla bağlı təzminat iddialarını rədd edib. Axar.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi “Bank Moskva”nın iş adamı Telman İsmayılovun qrupuna daxil olan KBF AST MMC-yə qarşı qaldırmış olduğu mülki iş çərçivəsində 213 milyon dollar təzminatın tutulması ilə bağlı qərar qəbul edib.
Kredit verən təşkilatın iddiasının təmin olunması məhkəmə tərəfindən hələ 24 avqust dinləməsində əsas götürülmüşdü.
Xatırladaq ki, iyunun 16-da sözugedən maliyyə institutu analoji iddia ilə müraciət etmişdi. Lakin həmin vaxtda da müraciət rədd olunmuş, Moskva Arbitraj Məhkəməsi sadəcə iddiaçının qarşı tərəfin aktivlərinin müvəqqəti dondurulması istəyini təmin etmişdi.
Qaynar.info