İstanbul məhkəməsi Rusiyanın NTV telekanalının jurnalistlərinin nəzarətdən azad edilməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, ilkin məlumata görə, rusiyalılar tezliklə deportasiya ediləcəklər.
Xatırladaq ki, bir qədər əvvəl İstanbulda saxlanılan NTV jurnalistlərinin casusluqda ittiham oluna biləcəyi məlum olmuşdu. Onlar kəşfiyyat xidməti tərəfindən saxlanılıb. Jurnalistləri şəhərin strateji nöqtələrində icazəsiz çəkiliş zamanı saxlayıblar. Xüsusilə, rusların Türk hərbi pilotsuz uçuş aparatlarının istehsalçısının qərargahında çəkiliş apardığı bildirilir.
Kremlin sözçüsü Dmitri Peskovun qeyd edib ki, Moskva həbslə bağlı bütün detalları araşdırır.
Alpər