Kiyev Dairə İnzibati Məhkəməsi yanvarın 8-dən martın 6-dək paytaxtın mərkəzində etiraz aksiyalarının keçirilməsinə qadağa qoyub.
Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, qərar Kiyev meriyasının iddiası əsasında qəbul edilib.
İddiada Kiyev və ona bitişik küçələrdə keçirilən mitinqlərin milli təhlükəsizliyə, ictimai asayişə, insan hüquq və azadlıqlarına təhlükə hesab edilir. Məhkəmə iddianı təmin eləsə də, müxalifətin bu qərara əməl edib-etməyəcəyi, yaxud ondan daha yuxarı instansiyaya şikayət verəcəyi hələlik məlum deyil.
Qaynar.info