Xəbər lenti

Mehriban Əliyeva Moskvada Putinlə görüşəcək
Ölkə11:00 04.04.2015

Mehriban Əliyeva Moskvada Putinlə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başlayır. Bu barədə virtualaz.org saytına Moskvadakı məlumatlı mənbələr xəbər verib.
Xəbərdə deyilir ki, M.Əliyevanın səfəri Rusiya Milli Olimpiya Komitəsinin (MOK) dəvəti əsasında baş tutacaq. Səfər proqramına Rusiyanın dövlət rəhbərliyi ilə, Dövlət Dumasının deputatları ilə, Rusiya MOK rəhbərliyi ilə görüşlər daxildir. M.Əliyevanın Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.
Qeyd edək ki, M.Əliyeva Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədridir. Bir çox Avropa paytaxtlarında birinci ledinin rəhbərliyi ilə Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Moskvaya səfərdə də məqsəd Rusiya ictimaiyyətini iyunda keçiriləcək yarışlar barədə məlumatlandırmaqdır. Aprelin 10-da saat 19:00-da “Radisson Royal Hotel, Moscow” otelində Avropa Oyunlarının rəsmi təqdimat mərasimi keçiriləcək.
Qaynar.info